Bakıda güclü partlayış: <span style="color:red;">yaralılar var  - YENİLƏNİB
12 iyun 2014 13:14 (UTC +04:00)

Bakıda güclü partlayış: yaralılar var - YENİLƏNİB

İyunun 11-də Bakı şəhərinin Nizami rayonunda baş vermiş güclü partlayış nəticəsində yaralanan şəxslərin kimliyi müəyyənləşib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 14 radələrində paytaxtın Nizami rayonu Ə.Əzimzadə küçəsində Bakı şəhər sakini Həbib Cəfərova məxsus mebel sexində yanğınla müşiyət edilən partlayış baş verib. Nəticədə sexin 15 kvm. sahəsində olan taxta tullantıları yanıb, yanıq xəsarətləri almış sexdə işləyən fəhlələrdən - paytaxt sakinləri Mirzə Zeynalova, Manaf Babayevə, Abşeron rayon sakini Ağa Əzimova xəstəxanada ilkin tibbi yardım göstərilib. Paytaxt sakinləri Tufan Məmmədov və Türkiyə vətəndaşı Cahid Karaca isə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

*****

11 iyun 17:57

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Ocaq " ASC-yə məxsus mebel fabrikinin ərazisində yerləşən ümumi tutumu 50 kub.m olan taxta  yonqarı bunkerində yanğınla nəticələnən partlayış baş verib.

 

Yanğın nəticəsində  bunkerin içərisində və altına yığılmış taxta yonqarı, taxta məmulatları 25 kv.m sahədə yanıb. Partlayış zamanı şəxsiyyətləri  məlum olmayan 4 nəfər fəhlə müxtəlif dərəcəli xəsarətlərlə yanğın bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik xəstəxanasına aparılıb. Mebel fabriki və əraziyə yığılmış  taxta məmulatları yanğından mühafizə olunub.

 

Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15503
avatar

Nizam Rza

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28