Fevralın 19-da Bakı şəhərinin Səbail rayonunda qaz sızmasından güclü partlayış baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Teymur Elçin küçəsi, 8 ünvanındakı binanın 3-cü mərtəbəsində “Azəriqaz” İB-nin əməkdaşları sayğac quraşdırarkən qaz sızmasından yanğına keçən partlayış hadisəsi baş verib. Nəticədə bina sakinləri 1973-cü il təvəllüdlü Elşən Mikayılov və 1990-cı ildə anadan olmuş Əli Rəcəbov yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Partlayış nəticəsində dağıntı qeydə alınmayıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.