Gənclər təşkilatının üzvü yol qəzasında öldü - YENİLƏNİB
24 yanvar 2015 13:17 (UTC +04:00)

Gənclər təşkilatının üzvü yol qəzasında öldü - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi Millətçi Gənclər Təşkilatının (MGT) üzvü Fərid Şeyxin ( Hətəmli) ölümü ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, yanvarın 23-də saat 13 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini İsmayıl Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Fərid Hətəmlini vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

***

 

12:41

 

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, qəza Bakı-Mərdəkan yolunda qeydə alınıb. 1983-cü il təvəllüdlü İsmayıl Əliyev idarə etdiyi “Mercedes” markalı maşınla yolu keçən piyada, 1995-ci il təvəllüdlü Fərid Hətəmlini vurub. F. Hətəmli  hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Fərid Şeyx (Hətəmli)  Millətçi Gənclər Təşkilatının (MGT) üzvü olub. O, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187

Oxşar yazılar