Bakıda gecəyarısı 6 nəfər çətin vəziyyətə düşdü
01 iyul 2013 09:56 (UTC +04:00)

Bakıda gecəyarısı 6 nəfər çətin vəziyyətə düşdü

0

İyulun 1-nə keçən gecə Bakı şəhərinin Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin liftində 6 nəfər qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə onmərtəbəli yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılar açılıb və vətəndaşların liftdən çıxmasına şərait yaradılıb.

 

Əməliyyat saat 00:44-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1173

Oxşar yazılar