Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 11-nə keçən gecə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində naməlum avtomobil 1994-cü il təvəllüdlü Rzazadə Günay Mübariz qızını vurub. Avtomobilin sürücüsü nəqliyyat vasitəi ilə birgə ərazidən uzaqlaşıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri almış 20 yaşlı qız xəstəxanaya yerləşdirilib. Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.