Bakıda 19 yaşlı oğlan bıçaqlanıb. Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, Şeyx Şamil küçəsi 30 ünvanını qarşısından 19 yaşlı Quliyev Faiq Şahin oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub. Yaralının üzərində cərrahiyə əməliyyatı keçirilib.
F.Quliyev polisə ilkin ifadəsində bildirib ki, onu gecə klubunda tanımadığı 2 nəfər bıçaqlayıb.
Fakt üzrə Yasamal RPİ, 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir.