Bakı şəhərinin Nəsimi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 19-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, 3-cü Mikrorayon dairəsi yaxınlığındakı avtoyuma məntəqəsində orada işləyən Cəlilabad rayon sakini 24 yaşlı Ağayev Cəmil Ehtiram oğlu elektrik cərəyanı vurub. Həmin obyektə yuyucu işləyən gənc oğlan su vuran qurğunu işə salarkən izolyasiya edilməmiş detala toxunub. C.Ağayev hadisə yerindəcə keçinib.
Qeyd edək ki, C.Ağayevin ailəsi rayonda yaşayır. O Bakıda kirayə yaşayırmış.