Bakı şəhərinin Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Baksol yaşayış sahəsindəki nömrəsiz evlərdən birində 3 yaşlı Həsənov Əli Elbrus oğlu ehtiyatsızlıq nəticəsində ölüb. Məlumata görə, azyaşlı valideynlərin nəzarətsiz qoyduğu vaxt televizorun üstünə çıxmaq istəyib. Bu zaman 72 diaqonallı, “Sony” markalı televizor onun üstünə aşıb.
3 yaşlı Ə.Həsənov ağır vəziyyətdə xəstəxanaya aparılsa da, orada ölüb.
Faktla əlaqədar araşdırma aparılır.