Bakıda itkin düşmüş qız tapılaraq ailəsinə təhvil verilib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabr ayında Sabunçu rayonunda yaşadığı evdən qaçmış 1996-cı il təvəllüdlü Emilya Vəlixanova Məhəmməd Hadi küçəsində tapılıb. 17 yaşlı qız bu gün 07:30 radələrində metronun Xalqlar Dostluğu stansiyası yaxınlığında, Məhəmməd Hadi 9 ünvanının qarşısında polislərin diqqətini cəlb edib. O, saxlanılıb və ilkin araşdırmalarla müəyyən edilib ki, E.Vəlixanova bir müddət əvvəl ailəsini özbaşına tərk edib.
E.Vəlixanovanın itkin düşdüyü müddətdə harada qalması, başına nə gəlməsi və s. araşdırılır.