Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlandı
13 aprel 2019 11:28 (UTC +04:00)

Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
 
​DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
 
​Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib.
 
 
​Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar