Bakıda evdə meyit tapıldı
04 mart 2015 12:21 (UTC +04:00)

Bakıda evdə meyit tapıldı

Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli fərdi yaşayış evində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə  FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Fərdi yaşayış evinə baxış keçirilərkən 1945-ci il təvəllüdlü İbrahimov Arif Zülfəli oğlunun vəfat etdiyi müəyyən edilib. A.İbrahimovun cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:16-da başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 87
avatar

Oxşar yazılar