Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, xidmətin Mühafizə Alayının əsgəri Sübhan Vəli oğlu Mahmudlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. M. Sadıqov, əsgərin dərhal xəstəxanaya yerləşdirildiyini və üzərində cərrahiyyə əməliyyatı aparıldığını deyib.
Məlumata görə, faktla bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
***
saat 15:53
Bakının Xəzər rayonu ərazisində əsgər güllə yarası alıb. Anspress-in məlumatına görə, Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Əsgərin qarın boşluğundan güllə yarası aldığı bildirilir. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur.
Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən açıqlamada hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.