Bakıda erməni qadının çürümüş meyiti tapılıb
28 iyun 2013 13:55 (UTC +04:00)

Bakıda erməni qadının çürümüş meyiti tapılıb

Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

 

Məlumat görə, bu gün Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, məhəllə 4048/49 ünvanında yaşayan sakinlər mənzillərin birindən pis qoxu gəlməsi barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları mənzilin qapısını qıraraq içəri daxil olarkən çürümüş qadın meyiti aşkar edilib.

 

Araşdırmalar zamanı meyitin şəxsiyyəti müəyyənləşib. Dünyasını dəyişən qadının 1934-cü il təvəllüdlü, milliyyətcə erməni olan Baqdasarova Roza Baykovna olduğu məlum olub.

 

Polisdən həmçinin bildirilib ki, Roza Baqdasarova övladları ilə danışmırmış. Onun 15 gün əvvəl dünyasını dəyişdiyi ehtimal edilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4337
avatar

Oxşar yazılar