Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Maştağa qəsəbəsi Albalılaq yaşayış massivində 1989-cu il təvəllüdlü Quliyev Kamran Əlisa oğlu həyat yoldaşı, 1994-cü ildə anadan olmuş Rəhimova Fərqanə Arif qızına çoxsaylı bıçaq zərbələri endirib. 23 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.