Bu gün Səbail rayonunda özünü yandıran ər və arvadının kimliyi bəlli olub. Lent.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, özünü yandıranlar 39 yaşlı Elçin Əlimuradoğlu və onun həyat yoldaşı, 32 yaşlı Jalə Salahovadır.
*****
11:47
Bu gün Prezidenti Administrasiyasının qarşısında ər-arvad özünü yandırıb. Lent.az-ın virtualaz.org saytına istinadən məlumatına görə, xəstələr Respublika Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzin həkimi Şöhrət Məmmədov Lent.az-a verdiyi məlumata əsasən xəstələrin vəziyyəti ağırdır: “Xəstələr 15-20 dəqiqə olar gətiriliblər. Vəziyyətləri ağırdır. Adları hələ müəyyənləşdirilməyib. Təqribən otuz-otuz beş yaşları olar”.
Virtualaz.org saytının hazırda xəstəxanada olan müxbiri dəqiqləşdirib ki, qadının vəziyyəti ağır olduğundan o, reanimasiyadır. Kişiyə isə ilkin tibbi yardım göstərilib. Özünü yandıran kişinin sözlərinə görə, məhkəmə onların xeyrinə qərar çıxardığı halda evlərini söküblər. Buna görə də etiraz olaraq özlərini yandıraraq intihar etmək istəyiblər.