Bakı şəhərinin Suraxanı rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsində 1974-cü il təvəllüdlü Salmanlı Mətin Ağaxan oğlu bıçaqlanıb. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib və dərhal polisə məlumat verilib. Hazırda M.Salmanlının kim tərəfindən, hansı şəraitdə və nə səbəbdən bıçaqlandığı araşdırılır.
Məlumata görə, M.Salmanlı əvvəllər məhkumluq həyatı yaşayıb. 2007-ci ildə həbs olunan paytaxt sakininin adı 2010-cu ilin dekabr ayında ölkə prezidentinin sərəncamı ilə əfv olunanların siyahısına salınıb.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.