Bakıda doğranmış insanın <span style="color:red;">SİFƏT GÖRÜNTÜSÜ YAYILDI - FOTO
07 sentyabr 2017 17:49 (UTC +04:00)

Bakıda doğranmış insanın SİFƏT GÖRÜNTÜSÜ YAYILDI - FOTO

Xəbər verildiyi kimi, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi qətlə yetirilmiş şəxsin üz görüntüsünü yayıb. Ölən şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

 

 
 
 
*****
 
 
 
13:36
 
 
Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni avqustun 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb.
 
 
Lent.az-ın “Sputnik Azərbaycan”a istinadən məlumatına görə, bunu Suraxanı rayon hüquq-mühafizə orqanlarından bildiriblər.
 
Xəbərə görə kriminalistlər kəsilmiş başı və ayaqları “Azərsu” ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər. Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb. Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir. Şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş şəxsin kimliyi müəyyən olunmayb. Habelə onun kəsilmiş qolları da hələ tapılmayıb. İstintaq-əməliyyat tədbirləri davam edir.
 
Qeyd edək ki, bu hadisə ilə bağlı Lent.az hadisə yerində olub. Həmin ərazinin fotolarını bir daha təqdim ediril 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181

Oxşar yazılar