Bakıda dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 29 nəfər (12 qadın, 4 kişi və 13 azyaşlı) saxlanılıb. Onlar yaşadıqları Xızı rayonuna göndərilib.
Faktla bağlı araşdırılma aparılır.