Bu gün Bakının Nizami rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 08 radələrində Babək prospekti 95 ünvanında 1964-cü il təvəllüdlü Rəhimova Kifayət Tofiq qızı özünü 5-ci mərtəbənin eyvanından atıb. Qadın hadisə yerindəcə keçinib.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.