Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Telnov küçəsi2347/48-ci məhəllədə, “Şaiq” MTK tərəfindən tikilən binada fasadın suvanması zamanı fəhlə yıxılıb. Suvaq işləri aparan fəhlə Babayev Nizami Əlihüseyn oğlu 8-ci mərtəbədən yerə yıxılıb. O aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.