Bakıda dəhşət: əlil kişi diri-diri yandı
18 yanvar 2013 10:09 (UTC +04:00)

Bakıda dəhşət: əlil kişi diri-diri yandı

Yanvarın 17-də Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib. Dövlət Yanğından Mühafizə xidmətindən Lent.az-a verilən məlumata görə, Həzi Aslanov küçəsi 43 ünvanında yanğın qeydə alınıb. Nəticədə mənzildəki yataq dəsti və ev sahibi, 1941-ci il təvəllüdlü Teymurov Niyazi Tahir oğlu yanıb. 72 yaşlı kişi elə yataqdaca yanaraq ölüb.

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, 72 yaşlı N.Teymurov əlildir və ailə  qurmayıb. O, uzun müddət imiş, tənha yaşayırmış və yanvarın 17-də yatarkən sobadan onun yatdığı çarpayıdakı yataq dəstinə yanğın keçib. N.Teymurov elə yataqdaca yanıb.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907

Oxşar yazılar