Bakıda dəhşət: 1 və 2 yaşlı körpələr öldü
22 yanvar 2013 13:05 (UTC +04:00)

Bakıda dəhşət: 1 və 2 yaşlı körpələr öldü

Yanvarın 21-də saat 16.30 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Telman Bədəlov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə xəsarət almış T.Bədəlov və 5 nəfər sərnişini xəstəxanaya yerləşdirilib, onlardan biri - 1 yaşlı Ümid orada ölüb, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

 

Oxşar hadisə Nərimanov rayonu ərazisində də qeydə alınıb. Bakı şəhər sakinləri Xətai Cəfərzadənin idarə etdiyi "Nissan" və Zahir Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə X.Cəfərzadənin sərnişini, oğlu, 2 yaşlı Hüseyn aldığı xəsarətdən hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2842
avatar

Oxşar yazılar