Paytaxtda daha bir yol bağlanır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, bu gün Bakı şəhəri Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissə mərhələli şəkildə bağlanacaq.
Mətbuat katibinin sözlərinə görə, bu gün saat 22:00-da qeyd edilən ərazidə yol hissə-hissə bağlanaraq, xətləmə işləri görüləcək.