Bakıda daha bir dəhşətli qəza: 2 ölü, 3 yaralı
08 yanvar 2013 11:42 (UTC +04:00)

Bakıda daha bir dəhşətli qəza: 2 ölü, 3 yaralı

Yanvarın 7-si saat 03:30 radələrində Bakı şəhərinin Y.Səfərov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Anar Əhmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla Səid Quluzadənin sürdüyü “VAZ 2108” toqquşub, nəticədə hər iki sürücü və sərnişin Kənan Qulamov xəsarətlə Kliniki Tibbi Mərkəzə daxil olub. Digər sərnişinlər – Gülşən Xəlilova və Elsevər Kazımov isə hadisə yerində ölüb.

 

Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2638

Oxşar yazılar