Bakıda cibgirliklə məşğul olan şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumatına görə, Nəsimi rayonunda polis əməkdaşların apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar, Şərur rayonu sakini Coşqun Nağıyev və Bakı şəhər sakini Şəfa İsmayılova tutulub. Araşdırma zamanı, C.Nağıyevdən ümumi çəkisi 1,766 qram, Ş. İsmayılovadan 1,419 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.