Bakıda çay evində qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 6-da saat 01:45 radələrində, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahlar Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Emin Musayev, 1992-ci il təvəllüdlü Loğman Rəhimov və 1993-cü il təvəllüdlü Abdulla İsmayılov tutulub.
Faktla bağlı araşdırma aparılır.