Bakıda bir gündə iki qadın bədbəxt hadisənin qurbanı oldu
29 dekabr 2014 14:45 (UTC +04:00)

Bakıda bir gündə iki qadın bədbəxt hadisənin qurbanı oldu

0

Bakıda iki qadın bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 28-də Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Minəxanım Musayeva dəm qazından zəhərlənib. Qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Dekabrın 28-də saat 19.00 radələrində Nəsimi rayonunda Natalya Nikiforovaya məxsus mənzildə yanğın baş verib. Nəticədə 1 kv.m sahədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Tüstudən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən N. Nikiforovanın həyatına xilas etmək mümkün olmayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 215

Oxşar yazılar