Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
*****
11:14
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda - Koroğlu Rəhimov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın 14-cü mərtəbəsində şaxtadakı elektrik qovşağında baş vermiş yanğının miqyasının artmasının qarşısı alınıb və tüstülənmə tamamilə dayandırılıb.
Hadisə nəticəsində zərərçəkən olmayıb.
*****
10:26
Bakıda 15 mərtəbəli binada yanğın başlayıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğının başlaması ilə bağlı çağırış daxil olub. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası cəlb edilib və bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı iş aparılır.
Əlavə məlumat veriləcək.