Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, bu barədə “Report”a Səbail rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Banqladeş vətəndaşı 28 yaşlı Mohaad Məhəmməd Badamdar qəsəbəsində kirayə yaşadığı evdə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.