Suraxanı rayonunda dənizdə batan balıqçının meyiti çıxarılıb
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, rezin qayıqla balıq tutmaq məqsədilə çıxaraq (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
10:49
Bakıda balıqçı dənizdə batıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək