Bakıda 4 yaşlı uşaq binanın dördüncü mərtbəsindən yerə yıxılıb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1V ünvanında 2016-ci il təvəllüdlü Hüseynli Ayan Elnur qızı valideyn nəzarəti olmadan pəncərədəki tora toxunub və yerə yıxılıb. Onu yaxınlıqdan keçən şəxslər dərhal xəstəxanaya çatdırıb.
Vəziyyəti hazırda ağırdır.