Bakının Xəzər rayonunda avtomobil 24 yaşlı gənci vurub.
APA-nın məlumatına görə, hadisə Qala qəsəbəsi, 1-ci döngədə baş verib. Minik avtomobili 1995-ci il təvəllüdlü Qurbanov Əziz Yaqub oğlunu vuraraq ona xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.