Bakıda külli miqdarda pul oğurlamış şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 5-də Binə qəsəbəsi Atçılıq massivində orada yaşayan Məmmədəli Hüseynova məxsus «Hyundai» markalı avtomobildən, şüşəni sındırmaqla, saxlanc yerindən 47 min manat oğurlanıb. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Mollayeva, Masallı rayon sakinləri Ariz Ağayev, Tural Qafarov və Rəsul Bayramov tutulub.
Araşdırmalar davam etdirilir.