Yanvarın 7-də Bakıda baş vermiş dəhşətli qəzada ağır yaralanan şəxs bu gün Kliniki Tibbi Mərkəzdə ölüb. Lent.az-ın məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya gətirilmiş Sultanov Saməd İsaxan oğlu həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
***
8 yanvar, saat 10:54
Yanvarın 7-də saat 19:30 radələrində Bakı şəhərinin Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qızıldaş-Müşfiqabad yolunda “UAZ” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişinlərdən İsmayılov Salamat İsa oğlu hadisə yerindəcə keçinib. Sürücü Əsgərov Vüsal Sabir oğlu və digər sərnişin Sultanov Saməd İsaxan oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralılardan biri xəstəxanada ölüb.
Faktla əlaqədar cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.