Bakıda avtomobilin inzibati binaya çırpılması hadisəsinin videosu yayılıb. Lent.az Media Təqib Mərkəzinə istinadən həmin görüntüləri təqdim edir.
Qeyd edək ki, hadisə bu gecə Süleyman Rüstəm küçəsində qeydə alınıb.
"99 CO 339" dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq, "90 FJ 655 "dövlət nömrə nişanlı “Mitsubishi Pajero” ilə toqquşub. Zərbənin gücündən “Mercedes” bir neçə metr kənardakı bank ofisinə girib. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə yol polisi, eləcə də post patrul xidməti əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.