Bakıda avtobusun vurduğu velosipedçi öldü
07 may 2014 12:52 (UTC +04:00)

Bakıda avtobusun vurduğu velosipedçi öldü

0

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 2-də Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Andrey Rəcəbov idarə etdiyi “İsuzu” markalı avtobusla velosiped sürən qəsəbə sakini Elçin Fərmanovu vurub. Xəstəxanaya yerləşdirilmiş E.Fərmanov mayın 6-da orada keçinib. 
 

Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1394

Oxşar yazılar