Bakıda silsilə oğurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nərgiz Ağammədova saxlanılıb. Məlum olub ki, o, 2013-cü ilin noyabrın 10-da 35 saylı xətt avtobusunda Reyhan Quliyevaya məxsus, içərisində şəxsiyyət vəsiqəsi, metro kartı və bankomat kartları olan pul kisəsi oğurlayıb və daha sonra bankomat kartından 1575 manat pul çıxarıb. Bundan başqa, 2013-cü il dekabrın 16-da 55 saylı xətt avtobusunda Məlahət Bədəlovanın əl çantasından 295 manat, dekabrın 17-də Ruhiyyə Alışanovanın əl çantasından 500 manat, bu il yanvarın 7-də 81 saylı xətt avtobusunda Aynur Əliyevanın əl çantasından mobil telefon, aprelin 9-da 186 saylı xətt avtobusunda Vəfa Səmədovanın əl çantasından 192 manat və şəxsiyyət vəsiqəsi, aprelin 16-da isə Qara Qarayev küçəsində yerləşən mağazada Püstəxanım Zeynalovanın əl çantasından 90 manat və şəxsi sənədlərini oğurlayıb.