Bakıdakı avtobus qəzasında ölənlərin kimliyi bilindi  - <span style="color:red;">YENİLƏNİB 2
14 avqust 2014 16:15 (UTC +04:00)

Bakıdakı avtobus qəzasında ölənlərin kimliyi bilindi - YENİLƏNİB 2

Bakıda baş vermiş dəhşətli avtobus qəzasında ölənlərin şəxsiyyəti dəqiqləşib. Lent.az-ın məlumatına görə, qəzada ölən şəxslər 1966-cı il təvəllüdlü İmanov İlqar Hüseyn oğlu və 1983-ci il təvəllüdlü Kərimov Haqverdi Muxtar oğludur. İlkin məlumatda H. Kərimovun avtobusun sürücüsü olduğu və hadisə yerindəcə keçindiyi bildirilsə də, sonradan avtobusun sürücüsünün başqası olduğu üzə çıxıb. Məlum olub ki, qəzaya uğrayan avtobusu Kazımov Elçin Faiq oğlu idarə edirmiş. Sabunçu RPİ-dən Lent.az-a bildirilib ki, E.Kazımov saxlanılıb.

 

Hadisə ilə bağlı cinayət işi başlanılıb. Müvafiq ekspertizalar təyin edilib.   

 

Qeyd edək ki, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 52 yaşlı Dilarə Alagözova, 27 yaşlı Roman Hacıyev, 21 yaşlı Ayşən Eminova, 43 yaşlı İlahə Babayeva, 19 yaşlı Fuad Kazımov və 17 yaşlı Cəmilə Şükürlü müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

 

***

 

 

10:24

 

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən şəxslərin sayı 2-yə çatıb. 3 saylı şəhər klinik xəstəxanasından Lent.az-a verilən məlumata görə, xəstəxanaya 6 nəfər ağır vəziyyətdə gətirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar arasında vəziyyəti olduqca ağır olanları var.

 

Hazırda ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. 

 

 

*****

 

 

9:13

 

Bakıda avtobus qəzası baş verib.

 

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, hadisə tikilməkdə olan Olimpiya Stadionu qarşısında baş verib. 148 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Avtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onların adları dəqiqləşdirilir.

 

Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13417
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21