Lent.az bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində köməksiz vəziyyətdə qalmış atın xilas olunmasının görüntülərini əldə edib. Hövsan qəsəbəsində baş vermiş hadisənin görüntülərindən aydın olur ki, xeyli müddət kanalizasiya quyusunda qalmış atın halı o qədər də yaxşı deyil. Quyudan çıxar-çıxmaz at ot yeməyə başlayır.
*****
10:48
Bu gün Fövqəladə Hallar Nazirliyinin 112 Xidmətinə Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə məlumat daxil olub.Lent.az-ın məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, at eni 1,5 metr, uzunu 3 metr və dərinliyi 2 metr olan gölməçəyə düşüb və köməksiz vəziyyətdə qalıb. Kənd sakinləri tərəfindən atın çıxarılması mümkün olmadığından köməklik məqsədi ilə onlar 112 Xidmətinə müraciət ediblər.
Xilasedicilər müvafiq alət və avadanlıqlardan istifadə etməklə atı gölməçədən çıxarıblar.