Bakıda arvadını öldürən kişi peşmandır
26 noyabr 2014 12:24 (UTC +04:00)

Bakıda arvadını öldürən kişi peşmandır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Layiq Axundovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Elan olunmuş ittiham üzrə özünü təqsirli bilinən Layiq Axundov törətdiyi əməldən peşman olduğunu deyib. Proses dekabrın 27-də davam etdiriləcək.

 

Qeyd edək ki, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Layiq Axundov həyat yoldaşı, 1947-ci il təvəllüdlü Lətifə Axundovanı öldürüb. Cinayəti törədən Layiq Axundov polis idarəsinə gedərək evinə basqın olduğunu və həyat yoldaşının qətlə yetirildiyini bildirib.

Araşdırmalar zamanı Layiq Axundovun yalan danışması üzə çıxıb. Onun həyat yoldaşını bıçaqlayaraq öldürməsi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Səlcuq Elçin

Oxşar yazılar