Bakıda aptekdə yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan "Həyat" aptekində baş verib.
Aptekin içərisində taxtadan ibarət piştaxtanın üzərinə yığılmış dərman preparatları 1 kv.m sahədə yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub.