Bakıda ana, ata, qızı və oğlu ağır qəzaya düşüb
16 yanvar 2013 09:56 (UTC +04:00)

Bakıda ana, ata, qızı və oğlu ağır qəzaya düşüb

 

Yanvarın 16-na keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti 1 ünvanının qarşısında, körpünün başlanğıcında 1973-cü il təvəllüdlü İsmayılov Zabil Baladadaş oğlunun idarə etdiyi “Mercedes” metal maneəyə çırpılıb. Avtomobilin qəzaya uğraması nəticəsində sürücü ilə yanaşı, həyat yoldaşı Məmmədova Şəlalə Zakir qızı, oğlu Nihad və qızı Nəzrin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla əlaqədar polis idarəsində araşdırmalar başlanıb. Avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3902

Oxşar yazılar