Yanvarın 24-də Bakı şəhərinin Yasamal rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Mirzə Fətəli Axundov 125 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Eminov Rafiq Heydər oğlu özünü qonaq otağındakı karnizdən asıb.
72 yaşlı kişinin intihar səbəbləri hələlik bilinmir faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.