Bakıda ağır qəza: ölən və yaralananlar var
19 sentyabr 2013 11:33 (UTC +04:00)

Bakıda ağır qəza: ölən və yaralananlar var

Sentyabrın 18-i saat 02 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, C.Cabbarlı küçəsində Lənkəran şəhər sakini Rafiq Məlikovun idarə etdiyi «BMW» markalı və Bərdə rayon sakini Ramiz Əsədovun idarə etdiyi «Opel» markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və «BMW» markalı avtomobilin sərnişini Lənkəran şəhər sakini Əli Mikayılov xəsarətlə KTM-ə daxil olub və orada ölüb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

# 3825
avatar

Nizam Rza

Oxşar yazılar