Bu gün saat 03 radələrində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Maştağa-Buzovna yolunda Maştağa sakini, 1982-ci il təvəllüdlü Hilalov Faiq Rafail oğlunun idarə etdiyi "AzSamand" markalı avtomobil ağaca çırpılıb. Zərbənin gücündən 32 yaşlı sürücü hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Quliyev Asim Nəcəf oğlu isə bud sümüyünün sınığı diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.