Yanvarın 24-də Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini 1966-cı il təvəllüdlü Məmmədov Mais Musa oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil aeroport şosesi kimi tanınan yolda maneəyə çırpılıb. İdarəetmədən çıxan minik avtomobilinin qəzaya uğraması nəticəsində sürücü M.Məmmədov hadisə yerindəcə keçinib.
Faktla əlaqədar cinayət işi başlanılıb, hadisə ilə bağlı araşdırmalar aparılır.