Mayın 17-də Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar şosesində yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus B 00687 dövlət qeydiyyat nişanlı “Subaru” markalı avtomobillə 1982-ci il təvəllüdlü Alim Ramazanovun idarə etdiyi “VAZ 2107” toqquşub. Nəticədə hər iki maşına ciddi ziyan dəyib. Səfirlik avtomobili qəzadan dərhal sonra ərazidən uzaqlaşıb.
Qəzanın səbəblərini müəyyən etmək məqsədi ilə ekspertizalar təyin edilib. Araşdırmalar aparılır.