Bakıda "İnfiniti" qəza törətdi, yaralı var
21 yanvar 2015 03:09 (UTC +04:00)

Bakıda "İnfiniti" qəza törətdi, yaralı var

0

Bakının Binqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.

 

İlqar Cümşüdov küçəsi ilə hərəkətdə olan və Uğur Mahmudovun idarə etdiyi "İnfiniti" markalı 10 NN 034 dövlət nömrə nişanlı avtomobil yol kənarında dayanan KİA markalı maşına çırpılıb. Həmin vaxt avtomobildə olan sürücü Vüsal Əliyev yüngül xəsarət alıb.

 

Qəza nəticəsində hər iki maşına ziyan dəyib. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib. Sürücülərin ifadələri alınıb. 

 

Qəzanın dəqiq səbəbi araşdırmaların yekununda məlum olacaq. Amma ilkin versiya bundan ibarətdir ki, "İnfiniti" markalı avtomobilin sürücüsü Uğur Mahmudov yol hərəkəti qaydalarını pozub və yol verilən sürət həddini aşıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 499

Oxşar yazılar