Bakıda "BMW" dayanacağa çırpıldı
15 yanvar 2015 07:16 (UTC +04:00)

Bakıda "BMW" dayanacağa çırpıldı

Lent.az-ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Prospektlə hərəkətə edən Orxan Elşən oğlu Salmanovun idarə etdiyi "BMW" markalı avtomobilin qarşısına qəfil piyada çıxıb. Sürücü keçiddən istifadə etməyən piyadanı vurmamaq üçün maşını sola çəkib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyini aşırıb, sonra isə qarşı yola çıxaraq yol kənarındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobil yararsız hala düşüb.

 

Avtomobilin yanma təhlükəsi yarandığından Fövqəladə Hallar Nazirliyin "112 qaynar xəttinə məlumat verilib. Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobilin tüstüləyən ön hissəsinə su vurublar. Daha sonra yola dağılan yanacaq yuyulub. Qəza nəticəsində yolda sıxlıq yaranıb. Avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Bundan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı araşdırma aparılır. 

 

Fərahim Qasımov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 79
avatar

Oxşar yazılar