Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində Ələkbərzadə Ələsgər Müzəffər oğlu idarə etdiyi "Audi" markalı avtomobillə 2005-ci il təvəllüdlü Mahmudov Davud Teymur oğlunu vurub. Ağır xəsarət alan 12 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.